Bank Of Baku

Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 1086 şikayətə baxılıb

Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 1086 şikayətə baxılıb
# 05 fevral 2007 15:08 (UTC +04:00)
Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2006-cı ilə dair illik məruzəsi dinlənilib. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə 2006-cı ilə dair hesabatı təqdim edərək bildirib ki, ölkədə yaradılan 2757 bələdiyyədə çalışan təxminən 50 min nəfərə yaxın bələdiyyə üzvünün hüquqi maarifləndirilməsi məqsədilə ötən il iki həftəlik kurslar təşkil olunub: “Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, habelə Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyasının dəstəyi ilə Azərbaycanda şəhər, qəsəbə və kənd bələdiyyələrini birləşdirən milli assosiasiyaların təsis prosesi başa çatıb. Hazırda ölkəmizdə bələdiyyələrin 6 assosiasiyası mövcuddur”. M. Səlimzadə bildirib ki, ötən il Ədliyyə Nazirliyində bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayət xarakterli 1086 müraciətə baxılıb, il ərzində 1633 vətəndaş qəbul edilib, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı bir sıra qanun pozuntularının qarşısı alınıb, bütövlükdə 1559 hektar torpaq sahəsinin qanunsuz icarəyə verilməsi ilə əlaqədar bələdiyyələrin qərarları ləğv edilib. İclasda komissiyanın 2007-ci il yaz sessiyası üçün iş planı qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR