Bank Of Baku

Sürət Hüseynovun dəstə üzvünə 3 il şərti azadlıqdan məhrum etmə cəzası verilib

Sürət Hüseynovun dəstə üzvünə 3 il şərti azadlıqdan məhrum etmə cəzası verilib
# 05 fevral 2007 15:08 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə 1994-95-ci illərdə sabiq baş nazir Sürət Hüseynovun dəstəsində fəaliyyət göstərən və həmin illər ərzində ölkədə kütləvi iğtişaşlarda iştirak edən Elçin Babayevin işi üzrə məhkəmə başa çatıb. Məhkəmədən APA-ya verilə məlumata görə, Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və yaxud əsgəri ləvazimatla təchiz etmə) maddəsi ilə ittiham olunan E. Babayevə Cinayət Məcəlləsinin 70-ci (şərti azadlıqdan məhkum etmə) maddəsi tətbiq edilərək 3 il şərti azadlıqdan məhrum etmə cəzası verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittiham aktında E. Babayevin S. Hüseynov, onun qohumu Kəramət Kərimov və digərlərinin rəhbərliyi ilə 1994-cü ilin yayından “Şəhid ailələrinin “Nicat” Müdafiə Komitəsi” adı altında silahlı qrupda fəaliyyət göstərib. 1994-cü il oktyabrın 4-də hakimiyyəti ələ keçirmək üçün düzəldilən sui-qəsdin qarşısı alındıqdan sonra barəsində 1995-ci ildən axtarış elan olunan E. Babayev ötən il oktyabrın 4-də həbs edilmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR