Bank Of Baku

Kanada Azərbaycan Assosiasiyaları Assambleyası ABŞ Konqresinə müraciət edib

Kanada Azərbaycan Assosiasiyaları Assambleyası ABŞ Konqresinə müraciət edib
# 05 fevral 2007 15:09 (UTC +04:00)
Kanada Azərbaycan Assosiasiyaları Assambleyası (KAAA) ABŞ Konqresinə müraciət edib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, buna səbəb ABŞ Konqresinin xarici əlaqələr komitəsində ermənipərəst konqresmenlərin qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsi hazırlamaları olub. Müraciətdə assambleya üzvləri belə bir layihənin müzakirəyə təqdim edilməsindən təəssüfləndiklərini bildirib, erməni diasporu və lobbisinin təbliğat vasitələrinə xidmət edən bu addımın ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirəcəyi vurğulanıb. Sənəddə ABŞ Konqresində uydurma “erməni soyqırımı”na dair qətnamə layihəsinin Ermənistanın təcavüzkar hərəkətlərinə yeni stimul verəcəyi bildirilib, ASALA kimi terrorçu erməni təşkilatlarının fəaliyyətinin genişlənəcəyindən narahatlıq ifadə edilib. “Eyni zamanda bildiririk ki, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı soyqırım aktlarının həyata keçirildiyi barədə iddialar əsassızdır. Bu dövrdə erməni silahlı dəstələri tərəfindən Anadoluda türklərə qarşı kütləvi qətliamlar həyata keçirilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR