Bank Of Baku

Gəncədə şəkərli diabetdən əziyyət çəkənlərin sayı artır

Gəncədə şəkərli diabetdən əziyyət çəkənlərin sayı artır
# 05 fevral 2007 15:28 (UTC +04:00)
Hər il Gəncədə şəkərli diabetdən əziyyət çəkənlərin sayı artır. Ötən il 2005-ci illə müqayisədə belə xəstələrin sayı 550 nəfər artaraq 5344-ə çatıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə Endokrinoloji Xəstəxanasının baş həkimi Süleyman Piriyev məlumat verib. Onun sözlərinə görə, bu rəqəm də o qədər dəqiq deyil: “Bu gün bizdə qeydiyyatda olan yalnız bu xəstəlikdən əziyyət çəkənlər və şəkərli diabetin fəsadlarını hiss edənlərdir. Vətəndaşlar müayinələrə vaxtında gəlsələr, bu xəstəlikləri aşkar etmək və onunla mübarizə aparmaq daha asan olar”. S. Piriyev əlavə edib ki, 2006-cı ildə 39 nəfər bu xəstəlikdən dünyasını dəyişib, 139 xəstə isə başqa şəhər və rayonlara köçüblər. Onun sözlərinə görə, şəkərli diabetə tutulan xəstələri aşkar etmək məqsədilə xəstəxananın kollektivi ötən il 3 dəfə “Açıq qapı” devizi altında vətəndaşları baxışdan keçirib və xeyli ilkin xəstə məhz bu zaman aşkar olunub: “Vətəndaşlar xəstəlik onları incitməyənədək həkimə müraciət etmirlər. Ona görə də aksiyalar zamanı heç vaxt şəkərdən şikayət etməyən vətəndaşlarda qanın analizi zamanı şəkər aşkar olundu. İndi onların müalicəsinə başlanılıb. Dövlət tərəfindən belə xəstələrə pulsuz dərman preparatları və insulin verilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR