Bank Of Baku

Azərbaycan Ordusunun bir əsgəri yaralanıb

Azərbaycan Ordusunun bir əsgəri yaralanıb
# 06 fevral 2007 13:57 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə hərbi hissənin qazanxanasında baş verib. Müdafiə Nazirliyindən məlumat təsdiqlənib. Nazirliyin mətbuat xidmətinin rəisi Ramiz Məlikov APA-ya bildirib ki, dünən hərbi məişət zəminində baş vermiş hadisə nəticəsində Abşeron Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış sıravi əsgər, 1985-ci il təvəllüdlü Əli Valeri oğlu Əliyev ayağından yaralanıb. Əsgərin üzərində əməliyyat aparılıb. Onun sağ ayağının dizdən aşağı üçdə bir hissəsi travmatik amputasiya olunub. Hazırda əlahiddə tibbi taborda həkim nəzarətində saxlanılan əsgərin vəziyyəti sabitdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR