Bank Of Baku

Keçmiş baş nazir Sürət Hüseynovun qardaşı Afiq Hüseynovla bağlı cinayət işi hakim Tofiq Paşayevin icraatına verilib

Keçmiş baş nazir Sürət Hüseynovun qardaşı Afiq Hüseynovla bağlı cinayət işi hakim Tofiq Paşayevin icraatına verilib
# 06 fevral 2007 14:00 (UTC +04:00)
Keçmiş baş nazir Sürət Hüseynovun qardaşı Afiq Hüseynovun cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin icraatına verilib. Məhkəmədən APA-ya verilən məlumata görə, 1995-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq məhkəmə qarşısına çıxarılan A. Hüseynov sonradan əməlində cinayət tərkibi sübuta yetirilmədiyinə görə, məhkəmə zalından azadlığa buraxılıb. Ötən il isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Afiq Hüseynov qardaşı Surət Hüseynovun hakimiyyətdə olmasından istifadə edərək, dövlət əmlakını talamaqda günahlandırılıb və barəsində cinayət işi qaldıraraq məsuliyyətə cəlb edilib. O, Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israfetmə) və 179.3.1-ci ( mütəşəkkil dəstə tərəfindən mənimsəmə və israfetmə) maddələri ilə təqsirləndirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR