Məcburi Köçkün Gənclər Təşkilatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrini fəxri diplomla mükafatlandırıb
06 fevral 2007 14:08 (UTC +04:00)
Bu gün Məcburi Köçkün Gənclər Təşkilatı (MKGT) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanı fəxri diplomla mükafatlandırıb. APA-nın məlumatına görə, bu münasibətlə tədbir keçirən MKGT-nın sədri Vüqar Qədirov bildirib ki, H. Hüseynovanın məcburi köçkün ailələrin problemlərinin həllində göstərdiyi köməyi və AQUPDK-nın 1 yaşının tamam olmasını nəzərə alaraq, ona belə bir diplom təqdim ediblər. Göstərdikləri diqqətə görə təşkilatın sədrinə və üzvlərinə təşəkkür edən H. Hüseynova isə 2007-ci ilin “Gənclər ili” elan edildiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycan uğurlu gənclər siyasəti aparır və gələcəkdə də bunu davam etdirməyi nəzərdə tutur. /APA/