Bank Of Baku

Kəmaləddin Heydərov: “Kür çayının məcrasından çıxmaması üçün lazımi işlər görülür”

Kəmaləddin Heydərov: “Kür çayının məcrasından çıxmaması üçün lazımi işlər görülür”
# 07 fevral 2007 09:22 (UTC +04:00)
“Kür çayının daşması nəticəsində ətraf rayonları su basmaması üçün lazımi işlər görülür və yəqin ki, bu il problemlə üzləşməyəcəyik. Kür çayı ətrafında yaşayan əhali bundan narahat olmamalıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov verib. Nazirin sözlərinə görə, aparılan birgə işlər nəticəsində çayın bu il məcrasından çıxacağı güman olunmur: “Çayın məcrasından çıxması ehtimal olunan ərazilərdə düzgün profilaktik tədbirlər aparılmır, gəmilər mütəmadi işləmədiyindən delta qumla dolur, bu isə problem yaradırdı. Bir neçə ay əvvəl Rusiyadan mütəxəssislər dəvət etdik, onlar problemin həlli yolunu göstərdilər”.
K.Heydərov hazırda müntəzəm işlər aparıldığını, əvvəl baş vermiş daşqınlar nəticəsində ziyan çəkmiş əhaliyə prezidentin tapşırığı ilə təzminat ödənildiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR