Bank Of Baku

Ötən il AMEA-nın Mərkəzi Elmi Kitabxanası beynəlxalq kitab mübadiləsi vasitəsilə 4010 nüsxə ədəbiyyat alıb

Ötən il AMEA-nın Mərkəzi Elmi Kitabxanası beynəlxalq kitab mübadiləsi vasitəsilə 4010 nüsxə ədəbiyyat alıb
# 07 fevral 2007 13:38 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ötən il beynəlxalq kitab mübadiləsi vasitəsilə 4010 nüsxə ədəbiyyat alıb. Bu barədə APA-ya MEK-dən məlumat veriblər. Məlumata görə, hesabat dövründə kitabxana Şərq ölkələrinə 330, Qərbi Avropa ölkələrinə 914, MDB ölkələrinə 1514 nüsxə ədəbiyyat göndərib. Ötən il ərzində Azərbaycan, rus, Qərbi Avropa və Şərq dillərində əlifba kataloqlarının 14980, sistemli kataloqların 51375, dövri və nəşri davam edən kataloqların 5900, biblioqrafik kartotekaların 19115 kartoçkası elmi redaktə edilib, 799 nüsxə ədəbiyyat bərpa edilib və yenidən cildlənib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR