Bank Of Baku

Salyan sakinindən külli miqdarda narkotik maddə götürülüb

Salyan sakinindən külli miqdarda narkotik maddə götürülüb
# 07 fevral 2007 14:29 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Salyan sakinindən külli miqdarda narkotik maddə aşkarlanaraq götürülüb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Əzizağa Xəlilovdan 2 kiloqram 445,3 qram tiryək və 1 kiloqram 15,6 qram heroin götürülüb. Ə. Xəlilov həbs olunub, faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR