Bank Of Baku

Bu il məcburi köçkünlərin problemlərinin həlli üçün 224 milyon manat xərclənəcək

Bu il məcburi köçkünlərin problemlərinin həlli üçün 224 milyon manat xərclənəcək
# 08 fevral 2007 12:03 (UTC +04:00)
Bu il dövlət büdcəsindən məcburi köçkünlərin problemlərinin həlli üçün 100 milyon manat, Dövlət Neft Fondundan isə 124 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Büdcədən ayrılacaq vəsaitin əsas hissəsi köçkünlərin yemək xərcləri üzrə aylıq müavinətlərinin ödənilməsinə, fonddan ayrılacaq vəsait isə Saatlı və Sabirabadda qalan üç çadır şəhərciyinin ləğvinə yönəldiləcək. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə məlumat verən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Xocalı və Xocavənddən olan məcburi köçkün ailələri üçün 500 ailədən ibarət qəsəbələrin salınması da nəzərdə tutulub. Onun sözlərinə görə, artıq fin qəsəbələrində yaşayan məcburi köçkünlər siyahılaşdırılıb. Hazırda fin qəsəbələrində 620 ailə, məktəblərdə isə 2800 ailə yaşayır. Ə. Həsənov deyib ki, Ağdam rayonu ərazisindəki məktəblərdə yaşayan məcburi köçkünlər və Bərdə məktəblərində məskunlaşan 40-a yaxın ailə köçürülüb və bu proses davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR