Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti MTN-ə və Baş Prokurorluğa müraciət edib

Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti MTN-ə və Baş Prokurorluğa müraciət edib
# 08 fevral 2007 12:20 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Rasim Muradov Müdafiə Nazirliyinin Mühafizə briqadasında və sülhməramlı taborda baş verən qanunsuzluqlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinə və Baş Prokurorluğa müraciət edib. Bu barədə APA-ya məlumat verən R.Muradov deyib ki, sülhməramlı taborda qanun pozuntuları ilə bağlı ötən il də hüquq mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, R.Muradov təyinatla 2006-cı ilin oktyabrında Naxçıvandakı hərbi hissələrdən birinə göndərilib. O, yaş həddini, vəzifəsinin iki pillə aşağı salınması və üzləşdiyi təzyiqləri əsas gətirərək, Silahlı Qüvvələrdən tərxis olunması üçün bu ilin yanvarında müdafiə nazirinə müraciət edib. R.Muradov onu da qeyd edib ki, hüquqları bərpa olunmayacağı təqdirdə, yaxın günlərdə müddətsiz aclıq aksiyasına başlamağı planlaşdırır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə R.Muradovun hüquq mühafizə orqanlarına müraciəti haqda məlumatsız olduqlarını əsas gətirərək, məsələyə münasibət bildirməyiblər./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR