Bank Of Baku

Frankfurtda Erix Fayqlın anım mərasimi keçirilib

Frankfurtda Erix Fayqlın anım mərasimi keçirilib
# 08 fevral 2007 12:20 (UTC +04:00)
Almaniyanın Frankfurt şəhərində Türk dünyasının dostu, görkəmli alim, Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinin fəxri üzvü professor Erix Fayqlın xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, dövlət komitəsi ilə Avropa-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin birgə təşkil etdiyi tədbirə Mayns Azərbaycan Cəmiyyəti, Almaniyadakı türk diasporunun fəal üzvləri, İqdırlılar Yardımlaşma və Dayanışma Dərnəyinin təmsilçiləri iştirak edib. Anım mərasimində dövlət komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İqdırlılar Yardımlaşma və Dayanışma Dərnəyinin sədri Həsən Aydınlık, Avropa-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin prezidenti Başar Kömür, Höte Universitetinin professoru Hans-Peter Frühauf, Avropa Türk İslam Birliyinin fəxri sədri Musa Sərdar Çələbi iştirak ediblər. Çıxış edənlər E. Fayqlın tədqiqatlarında türk xalqlarının müasir dünyadakı yeri və rolu barədə mülahizələrin öz əksini tapdığını qeyd edərək, bu əsərlərin xarici ölkələrdə Azərbaycan və Türkiyə haqqında obyektiv rəyin formalaşdırılması baxımından çox böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR