Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri “Tolişi sedo” qəzetinin baş redaktorunun həbsi barədə məlumatların yanlış təqdimatından narahatdır

Azərbaycan Mətbuat Şurasının sədri “Tolişi sedo” qəzetinin baş redaktorunun həbsi barədə məlumatların yanlış təqdimatından narahatdır
# 08 fevral 2007 12:29 (UTC +04:00)
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov “Tolişi sedo” qəzetinin baş redaktorunun 15 sutkalıq həbs cəzası almasının “RİA-Novosti” agentliyinin Azərbaycandakı bürosu olan “Novosto-Azerbaydjan” agentliyi tərəfindən xüsusi diqqətdə saxlanılmasından narahatlığını ifadə edib. MŞ-dən APA-ya daxil olan açıqlamasında Ə.Amaşov jurnalistin faktlara qərəzsiz, tərəfsiz yanaşmasının vacibliyini vurğulayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Novruzəli Məmmədovun 15 sutka müddətinə həbs olunması ilə bağlı xəbərin yanlış təqdim olunduğunu vurğulayıb: “İnformasiya belə qənaət yaradır ki, saxlanılan şəxs məhz baş redaktordur, jurnalistdir, burada söz və mətbuat azadlığına basqı var. Halbuki Novruzəli Məmmədovun rəhbər olduğu “Tolişi sedo” qəzeti xeyli vaxtdır, fəaliyyətini dayandırıb. Bu faktın özü də çox şey deyir. Bəs nəyə görə saxlanılan şəxs elmi işçi kimi deyil, məhz jurnalist kimi təqdim edilir? Biz burada digər məqamların önə çıxmasını arzulamırıq. Xəbərin belə yanlış təqdimatı Azərbaycanın nüfuzuna xidmət edə bilməz. Narahatlıq doğuran əsas məqamlardan biri də milli-etnik zəmində yanlış təsəvvürlərin yarana bilmə ehtimalıdır. Biz agentliyin buna xidmət etməsini arzulamır, kollektivi faktlara, hadisələrə həssas yanaşmağa, olayı olduğu kimi təqdim etməyə çağırırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR