Bank Of Baku

Nazirlər Kabineti məhkəmə aparatları üçün əlavə ştatların ayrılması barədə sərəncam verib

Nazirlər Kabineti məhkəmə aparatları üçün əlavə ştatların ayrılması barədə sərəncam verib
# 08 fevral 2007 12:35 (UTC +04:00)
Nazirlər Kabineti tərəfindən məhkəmə aparatları üçün əlavə ştatların ayrılması barədə sərəncam verilib. Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, regionlarda fəaliyyət göstərəcək apellyasiya məhkəmələrinin binaları üçün müvafiq yer ayrılıb. Regionlarda apellyasiya məhkəmələrinin fəaliyyətə başlamasının yubanması bir sıra obyektiv səbəblərlə bağlıdır. Belə ki, həmin məhkəmələrin fəaliyyət göstərməsi üçün binalar ayrılmalı və məhkəmənin fəaliyyətinə uyğunlaşdırılmalı, müvafiq avadanlıqlarla təmin olunmalı, məhkəmə aparatları formalaşdırılmalıdır. Bundan sonra həmin məhkəmələrə hakimlər təyin olunmalıdır. Nazirlikdən bildirilib ki, hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR