Bank Of Baku

“Orta məktəblərdə qeyri-rəsmi ödənişlər” mövzusunda monitorinq keçirilib

“Orta məktəblərdə qeyri-rəsmi ödənişlər” mövzusunda monitorinq keçirilib
# 09 fevral 2007 12:24 (UTC +04:00)
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) “Təhsil siyasəti forumu” layihəsi çərçivəsində “Orta məktəblərdə qeyri-rəsmi ödənişlər” mövzusunda keçirdiyi monitorinqin nəticələrinə dair hesabat açıqlayıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MTTYM-nin təhsil proqramı üzrə direktoru Elmina Kazımzadə bildirib ki, monitorinq çərçivəsində aparılan sosioloji sorğular “Sigma” Beynəlxalq Araşdırma və Əməkdaşlıq Təşkilatı tərəfindən icra olunub. Onun sözlərinə görə, monitorinq çərçivəsində Bakı, Sumqayıt, Mingəçevir, Əli-Bayramlı, Xaçmaz, Qusar, Lənkəran, Ağstafa, Şəki, Ucar və Saatlı rayonlarının mərkəzlərində və 51 kənddə sorğular keçirilib. Sorğu 1050 valideyn, 1044 müəllim və 100 məktəb direktoru arasında aparılıb. Rəyi soruşulan valideynlərin 89,65%-i məktəblərdə müxtəlif həcmdə qeyri-rəsmi ödənişlər etdiklərini deyiblər. Müəllimlərin 61,4, direktorların isə 57%-i qeyri-rəsmi ödənişlərin yığılması faktını etiraf ediblər. Sorğu nəticəsində məlum olub ki, bir şagird tərəfindən edilən qeyri-rəsmi ödənişlərin illik həcmi orta hesabla 54 manata bərabərdir. Bütövlükdə isə orta təhsil müəssisələrində mövcud olan qeyri-rəsmi ödənişlərin həcmi 135 milyon manat təşkil edir ki, bu da dövlət büdcəsindən məktəbəqədər təhsil və orta təhsil sisteminə ayrılan vəsaitlərin 60%-nə bərabərdir. E. Kazımzadə məktəblərin idarə edilməsi, maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, məktəbdəki fondların qanuni şəkildə idarə olunması üçün tövsiyə hazırladıqlarını açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR