Bank Of Baku

İqtisad Məhkəməsində MAU tələbələrinin apellyasiya şikayətinə baxılacaq

İqtisad Məhkəməsində MAU tələbələrinin apellyasiya şikayətinə baxılacaq
# 09 fevral 2007 12:24 (UTC +04:00)
Fevralın 12-də İqtisad Məhkəməsində Müstəqil Azərbaycan Universiteti (MAU) tələbələrinin I saylı İqtisad Məhkəməsinin qərarı ilə bağlı apellyasiya şikayətinə baxılacaq. Vəkil İntiqam Əliyev APA-ya bildirib ki, tələbələr I saylı İqtisad Məhkəməsinin Təhsil Nazirliyinin MAU-nun lisenziyasının ləğv olunması ilə bağlı qərarından apellyasiya şikayəti veriblər. Onlar məhkəmə qətnaməsi çıxarılarkən MAU rəhbərliyinin prosesdə iştirak etmədiyini və tələbələrin üçüncü tərəf olaraq işə cəlb olunmadığını əsas gətirərək qətnamənin ləğvini istəyirlər. İ. Əliyev onu da qeyd edib ki, Binəqədi rayon Məhkəməsinin tələbələrin digər ali məktəblərə köçürülməsi ilə bağlı iddianın təmin olunmamasına dair qərarından hələ apellyasiya şikayəti verə bilməyiblər: “Bu qətnamə yanvarın 22-də qəbul olunub. Hakim qətnaməni bizə fevralın 8-də təqdim edəcəyini bildirmişdi. Qətnaməni almaq üçün ötən gün tələbələr Binəqədi rayon Məhkəməsində olublar, amma hakim hələ qətnamənin hazır olmadığını deyərək onu tələbələrə verməyib”. İ. Əliyev qətnamənin təqdim olunmasından sonra Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR