Bank Of Baku

Natiq Məmmədov: “Söhbət seçkini keçirən quruma etimaddan gedirsə, bu sahədə ən uyğun variant Azərbaycanda mövcud olan variantdır”

Natiq Məmmədov: “Söhbət seçkini keçirən quruma etimaddan gedirsə, bu sahədə ən uyğun variant Azərbaycanda mövcud olan variantdır”
# 09 fevral 2007 12:32 (UTC +04:00)
“Hazırda Azərbaycanda keçirilən seçkilər müxtəlif siyasi qüvvələrin təmsilçiliyi ilə formalaşmış seçki komissiyaları tərəfindən təşkil olunur. Bu ən optimal variantdır”. Bu fikirləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçkilərin Daxili İşlər Nazirliyi və ya Ədliyyə Nazirliyi tərəfindən keçirilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib. Qeyd edək ki, bəzi ölkələrdə hazırda seçkilər məhz bu qurumlar tərəfindən keçirilir. S. Novruzovun fikrincə, hazırkı seçki komissiyaları beynəlxalq təşkilatların tövsiyəsi ilə yaradılıb: “Amma beynəlxalq təşkilatlar tərəfindən yeni təkliflər də irəli sürülərsə, bunu müzakirə etmək mümkündür”. Milli vəkili Pənah Hüseyn də bu təkliflərin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, hazırda həm beynəlxalq qurumlar, həm də müxalifət paritet əsaslarla seçki komissiyalarının yaradılması təklifi ilə çıxış edir: “İndiki halda demokratik seçkilərin keçirilməsi üçün bunu ictimai etimada malik olan
qurum təşkil etməlidir. İcra qurumlarının indiki ictimai etimadı aşağı olduğu üçün onların seçki keçirməsi qəbul oluna bilməz. Ona görə də bu vəziyyətdə ən əhəmiyyətli variant paritet əsaslarla komissiyaların formalaşmasıdır”. MSK-nın katibi Natiq Məmmədov isə seçki komissiyalarının təşkili məsələsinin MSK-nın yox, Milli Məclisin səlahiyyətinə aid məsələ olduğunu bildirib: “Qanun qüvvədədir və qüvvədə olan qanunu müzakirə etmək olmaz. Seçkilərin hansısa qurum tərəfindən keçirilməsinə gəldikdə, bu, dünya təcrübəsində var. Söhbət seçkini keçirən quruma etimaddan gedirsə, bu sahədə də ən uyğun variant Azərbaycanda mövcud olan variantdır. Dünyanın heç bir yerində rast gəlmək olmaz ki, müxtəlif qüvvələrin təmsilçiliyi ilə yaranmış seçki komissiyalarına etimadsızlıq və etibarsızlıq müzakirə obyektinə çevrilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR