Bank Of Baku

BVF-nin Azərbaycan nümayəndəliyinin ofisindən oğurlanmış məlumat bazası bərpa edilib

BVF-nin Azərbaycan nümayəndəliyinin ofisindən oğurlanmış məlumat bazası bərpa edilib
# 09 fevral 2007 12:44 (UTC +04:00)
Bu sözlər BVF-nin nümayəndəliyinin bu gün yaydığı açıqlamadandır. Nümayəndəlikdən APA-ya daxil olan açıqlamada deyilir ki, Maliyyə Nazirliyinin binasında yerləşən BVF-in Azərbaycandakı nümayəndəliyindən ötən həftənin sonu kompüterlərin və digər avadanlığın oğurlanmasından sonra nümayəndəliyin işində müvəqqəti çətinlik yaransa da, qalan kompüterlərin köməyi ilə iş davam etdirilir, həlledici əhəmiyyətli məlumatlar isə BVF-in Vaşinqtondakı Baş Qərargahındakı serverlər vasitəsilə bərpa edilib. Nümayəndəlik bu həftənin sonunda tam işlək vəziyyətdə olacaq və Vitali Kramarenkonun rəhbərliyi altına gələn həftə Bakıya gələcək IV Maddə üzrə məsləhətləşmələr missiyasına tam dəstək göstərəcək: “İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunda, sürətli artımını və makroiqtisadi sabitlik şəraitində yoxsulluğun davamlı azaldılmasını təmin etmək üçün geniş, lakin müvəqqəti neft hasilatı bumunun necə idarə edilməsi ilə bağlı BVF-in Azərbaycanın hakimiyyət orqanları ilə apardığı sıx iqtisadi siyasət dialoqu da davam etdiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR