Bank Of Baku

Yol hərəkəti qaydalarını pozaraq 4 nəfərin ölümünə səbəb olan Ağasəf İsayevin işi üzrə hazırlıq iclası keçiriləcək

Yol hərəkəti qaydalarını pozaraq 4 nəfərin ölümünə səbəb olan Ağasəf İsayevin işi üzrə hazırlıq iclası keçiriləcək
# 09 fevral 2007 12:45 (UTC +04:00)
Fevralın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə yol hərəkəti qaydalarını ehtiyatsızlıqdan pozaraq 4 nəfərin ölümünə səbəb olan Ağasəf İsayevin işi üzrə hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına əsasən ötən il oktyabrın 30-da saat 13.30 radələrində A. İsayevin idarə etdiyi VAZ-2103 markalı maşın Ağsu rayonu ərazisində Nizami Cavadovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə N. Cavadovun maşınında olan Elçin Güləliyev, Qurban Qurbanov, eyni zamanda A. İsayevin maşınındakı Fəqan və Firəngiz İsayevlər ölüblər. A. İsayevə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR