Bank Of Baku

Surət Hüseynovun qardaşının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Surət Hüseynovun qardaşının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
# 09 fevral 2007 12:59 (UTC +04:00)
Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına görə, A. Hüseynov 1993””94-cü illərdə Samux rayon Yun Tədarük İdarəsində rəis işləyərkən idarənin anbar müdiri İlqar Zeynalovla birlikdə 1.243 manat dəyərində 36.821 kiloqram yunu Yevlax Yununun Tədarükü və İlkin Emalı İstehsalat Birliyinə təhvil verməyərək mənimsəməkdə ittiham olunur. Bundan başqa A. Hüseynov Sürət Hüseynov, Kəramət Kərimov, Nüsrət Budaqov və digərləri ilə cinayət əlaqəsinə girərək 1994-cü ildə dövlət çevrilişinə cəhddə iştirak edib. О, S. Hüseynovun təşkil etdiyi Şəhid ailələri “Nicat Müdafiə Komitəsi” adı altında fəaliyyət göstərən silahlı dəstənin tərkibində iştirak edib. İttiham aktına görə, Asif Hüseynov qrupun digər üzvləri ilə birlikdə 1994-cü il oktyabrın 4-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə basqında iştirak edib. A. Hüseynov Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və israfetmə) və 179.3.1-ci ( mütəşəkkil dəstə tərəfindən mənimsəmə və israfetmə) və 278-ci ( hakimiyyəti zorla ələ keçirmə və ya onu saxlama) maddələri ilə ittiham olunur. Məhkəmə baxışı fevralın 16-a təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR