Bank Of Baku

Lənkəranın Digah kəndində ev quşları arasında kütləvi ölüm faktı qeydə alınıb

Lənkəranın Digah kəndində ev quşları arasında kütləvi ölüm faktı qeydə alınıb
# 09 fevral 2007 13:07 (UTC +04:00)
İki gün ərzində Lənkəran rayonunun Digah kənd sakini Əkrəm Heydərovun şəxsi təsərrüfatında 8 baş toyuq-cücə tələf olub. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Ə.Heydərovun sözlərinə görə, ötən ayın sonlarında kəndin digər sakinlərinin də şəxsi təsərrüfatlarında ev quşlarının kütləvi qırılması faktı baş verib. Mövcud vəziyyət barədə dünən rayon Baytarlıq İdarəsinə müraciət olunub. İdarənin mütəxəssisləri Ə.Heydərovun həyətində ev quşlarının saxlanması şəraiti ilə tanışlıqdan sonra quşların qida zəhərlənməsindən və ya da çirkab sulardan tələf olunması qənaətinə gəliblər. Bununla belə, ölmüş iki baş toyuğun cəsədi analiz üçün zona Baytarlıq Laboratoriyasına göndərilib. Lənkəran Baytarlıq İdarəsinin rəisi Kamal Adbinov APA-nın cənub bürosuna bildirib ki, Ə.Heydərovun, eləcə də Digah kəndindəki digər şəxsi təsərrüfatlarda dezinfeksiya tədbirləri həyata keçirilib, ölmüş quşların cəsədləri yandırılaraq zərərsizləşdirilib. Xəstə quşlara tibbi yardım göstərildikdən sonra kənddə ölüm faktı qeydə alınmayıb. K.Abdinovun sözlərinə görə, zona baytarlıq laboratoriyasında analizə verilmiş quşların kollebakterioz xəstəliyindən ölməsi müəyyənləşib. Bununla belə, baytarlıq idarəsinin mütəxəssisləri Digah kəndində epizootik vəziyyətə nəzarəti gücləndiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR