Hacıqabulda qatarla mikroavtobus toqquşub, ölən və yaralananlar var
12 fevral 2007 08:44 (UTC +04:00)
Hacıqabul rayon xətt polis bölməsinin rəisi, polis mayoru Qədim Sahibovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, tranzit nömrəli “QAZEL” mikroavtobusu Hacıqabul rayonunun Muğan qəsəbəsində dəmiryolu xəttini keçərkən sürətlə gələn qatarla toqquşub. Qəza zamanı mikroavtobusda olan sərnişin, 1974-ci il təvəllüdlü, Hacıqabul rayon Paşalı kənd sakini Həsənova Gülbəniz Xanış qızı aldığı xəsarətdən hadisə yerində keçinib. daha üç nəfər yaralı vəziyyətdə Əli Bayramlı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/
Hadisə
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
18:50
2 may 2024
Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO
18:18
2 may 2024