Bank Of Baku

Sabirabadda 161 məcburi köçkün ailəsi üçün xüsusi şəhərcik tikilir

Sabirabadda 161 məcburi köçkün ailəsi üçün xüsusi şəhərcik tikilir
# 12 fevral 2007 09:00 (UTC +04:00)
Sabirabad rayonu ərazisində 161 məcburi köçkün ailəsi üçün xüsusi şəhərcik tikilir. Bu barədə APA-nın Mil-Muğan bürosuna Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Sabirabad rayonu üzrə sektor müdiri İlqar Tağıyev məlumat verib. Onun sözlərinə görə, Sabirabad rayonu Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün evlərin tikintisinə başlanılıb. Bu ilin sonunda təhvil verilməsi planlaşdırılan qaçqın şəhərciyində 11 adda infrastruktur obyektlərin - məktəb binası, tibb məntəqəsi, uşaq bağçası və s. obyektlərin tikintisi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR