Bank Of Baku

Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov Yuta Universitetində mühazirə oxuyub

Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov Yuta Universitetində mühazirə oxuyub
# 12 fevral 2007 09:06 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov Yuta ştatının Solt-Leyk şəhərinə səfər edib. Bu barədə APA-nın ABŞ bürosuna konsulluqdan məlumat verilib. Səfər zamanı baş konsul Yuta Universitetinin Hinkli İnstitunda və Universitetin siyasi elmlər fakültəsində Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ münaqişəsinə dair çıxışlar edib. Yuta Universitetində olduğu müddət ərzində baş konsul tələbələr, o cümlədən bu universitetdə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycanda uzun müddət ərzində yaşamış xarici ölkə vətəndaşları olan tələbələrlə görüşüb. Çıxışlar zamanı baş konsul Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq, ölkəmizin neft və qaz strategiyası, ölkəmizdə aparılan islahatlar və s. barədə iştirakçılara məlumat verib. Bundan başqa Elin Süleymanov Azərbaycanın regionda qonşuluq siyasəti, ölkəmizin regionun inkişaf etdirilməsi və siyasi sabitliyin bərqərar edilməsi istiqamətində atdığı addımlar, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında aparılan danışıqlar prosesi universitetin müəllim-tələbə heyətini ətraflı məlumatlandırıb. Baş konsul Solt Leyk şəhərinə səfər zamanı bu ştatda məskunlaşmış Axısxa türkləri ilə də görüşüb. Görüş zamanı Axısxa türklərinin problemləri, onların bu ştatın gündəlik həyatında iştirakı məsələləri müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR