Bank Of Baku

Qiymətlərin qaldırılması Azərbaycan Nəşriyyatının işinə mənfi təsir göstərməyib

Qiymətlərin qaldırılması Azərbaycan Nəşriyyatının işinə mənfi təsir göstərməyib
# 12 fevral 2007 09:35 (UTC +04:00)
Azərbaycan Nəşriyyatında çap və icarə haqlarının artırılması qurumun işinə mənfi təsir göstərməyib. Bu barədə APA-ya nəşriyyat direktorunun müavini Bəsti İsmayılova məlumat verib. Onun sözlərinə görə, hələlik onların qəbul etdiyi qərardan “qıcıqlanan və narazı qalan” olmayıb. Əksinə, ötən illə müqayisədə B. İsmayılova bu il müştərilərinin sayının artdığını qeyd edib. Onun sözlərinə görə, ötən il nəşriyyatda 150, 2007-ci ildən isə 167 qəzet, ötən il 20, bu ildən isə 25 jurnal nəşr edilir. B. İsmayılova hazırda nəşriyyatın binasında 100-dən artıq qəzet və jurnal redaksiyasının yerləşdiyini qeyd edib.
Xatırladaq ki, fevralın 1-dən Azərbaycan Nəşriyyatında çap xərcləri 25 faiz, icarə haqqı isə 50 faiz artırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR