Bank Of Baku

Gəncədə baş verən ağır cinayətlərin üstünün açılması üçün DİN və Respublika Prokurorluğunun əməkdaşları bu şəhərə ezam olunub

Gəncədə baş verən ağır cinayətlərin üstünün açılması üçün DİN və Respublika Prokurorluğunun əməkdaşları bu şəhərə ezam olunub
# 12 fevral 2007 10:05 (UTC +04:00)
Gəncədə son 20 gün ərzində baş verən 2 ağır cinayətin üstünü açmaq üçün Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun peşəkar əməkdaşları bu şəhərə ezam olunub. Bu barədə APA-ya DİN-dən məlumat verilib. Məlumata görə, DİN və Respublika Prokurorluğunun əməkdaşları Gəncənin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirir. Gəncənin hüquq-mühafizə orqanlarından isə APA-ya bildiriblər ki, baş verən ağır cinayətlərə görə bu qurumlar hazırda gücləndirilmiş iş rejiminə keçib. Sutka ərzində axtarışlar davam etdirilir və şahidlər dindirilir. Hər iki cinayət gecə saatlarında baş verdiyi üçün şəhərdə işıqların söndürülməməsi üçün Gəncə şəhər İcra Hakimiyyəti müvafiq qurumlara göstəriş verib. Qeyd edək ki, yanvarın 22-də Şəmkir rayon prokurorunun müavini Fuad Məmmədovun anası Fəridə Məmmədova Gəncədə yaşadığı evində qətlə yetirilib. Qatillər evdə olan bahalı əşyaları götürüblər. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə və quldurluq maddələri ilə cinayət işi başlanıb. Bu hadisədən cəmi 17 gün sonra Gəncə şəhəri Nizami rayonu ərazisində daha bir silahlı basqın hadisəsi baş verib. Nəriman Nərimanov prospekti, 377 ünvana daxil olan 4 silahlı evi talan edib və 13000 min dollar məbləğində pulu götürərək aradan çıxıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq törətmək) maddəsi ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR