Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Monitorinqlər zamanı “quş qripi” xəstəliyinin yayılmadığı müəyyənləşib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Monitorinqlər zamanı “quş qripi” xəstəliyinin yayılmadığı müəyyənləşib”
# 12 fevral 2007 10:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qlobal təhlükə mənbəyi sayılan “quş qripi” xəstəliyinin yayılmasının qarşısını almaq üçün apardığı monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya bildiriblər ki, ötən ilin aprelindən bu günə qədər davam edən monitorinqlər zamanı ölkə ərazisində köçəri quşlar arasında “quş qripi” faktları qeydə alınmayıb. Monitorinqlər, əsasən, köçəri quşların miqrasiya yolları üzərində, su hövzələri ətrafında, xüsusi mühafizə olunan təbiət ərazilərində həyata keçirilib. Buna baxmayaraq, nazirlik “quş qripi” ilə bağlı əhali arasında yaranan narahatlıqlara da həssaslıqla yanaşır.
Qeyd edək ki, nazirlik 2005-ci ildən quş ovuna da qadağa qoyub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR