Bank Of Baku

Azərbaycanda 5 yaşlı uşaqların məktəbəqədər hazırlıq qruplarına getməsi məcburiləşdiriləcək

Azərbaycanda 5 yaşlı uşaqların məktəbəqədər hazırlıq qruplarına getməsi məcburiləşdiriləcək
# 12 fevral 2007 10:11 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı təkliflər artıq “Təhsil haqqında” qanun layihəsinə daxil edilib. Təklifin verilməsinin əsas səbəbi kiçik yaşlıların I sinfə getməzdən əvvəl məktəbə hazırlığını təmin etməkdir. I sinfə gedəcək bütün uşaqlar hazırlıq mərhələsindən keçəcək. 1 il davam edəcək hazırlıq mərhələsindən sonra uşaqlar 6 yaşında I sinfə gedəcəklər. Həmin hazırlıq qrupları məktəblərdə və ya bağçalarda da yaradıla bilər. Hazırda isə uşaqların məktəb hazırlığı könüllülük əsasında təşkil edilir. Uşaqlarının məktəbə getməzdən əvvəl dünyagörüşünün artırılmasını istəyən valideynlər onları bu məqsədlə bağçalara qoyurlar. Nazirlikdən bildirilib ki, təkliflər artıq Milli Məclisin elm və təhsil məsələləri komissiyası tərəfindən bəyənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR