Bank Of Baku

Nijni-Novqorodda 20-dən çox azərbaycanlı “OMON”çular tərəfindən döyülüb

Nijni-Novqorodda 20-dən çox azərbaycanlı “OMON”çular tərəfindən döyülüb
# 12 fevral 2007 10:27 (UTC +04:00)
APA-nın məlumatına görə, Nijeqorod vilayəti Müsəlmanlarının Ruhani İdarəsinin bu insidentlə bağlı yaydığı məlumatda bildirilir ki, fevralın 8-də kafeyə gələrək özlərini prokurorluq orqanlarının əməkdaşları kimi təqdim edən iki qadın nahar ediblər. Naharın pulunu ödəməkdən imtina edən qadınlar kafeni tərk etdikdən sonra binaya iki kişi daxil olub. Kafedə çalışan azərbaycanlılara hücum edən naməlum şəxslər onların sifətinə gözyaşardıcı qaz fısqırdıblar. Daha sonra kafeyə daxil olan 20-dək OMON əməkdaşı da soydaşlarımızı döyməyə başlayıblar. Bundan başqa OMON üzvləri ölümcül vəziyyətdə olan soydaşlarımızın üzərinə qaynar su töküblər. Daha sonra ağır xəsarət alan beş azərbaycanlı xəstəxanaya aparılıb, lakin həkimlər onlara ilkin tibbi yardım göstərməkdən imtina ediblər. Ölümcül vəziyyətdə olan azərbaycanlılar xəstəxanadan şəhər daxili işlər idarəsinin təcridxanasına aparılıb. Kafedə çalışan soydaşlarımız baş verənlərlə bağlı Nijeqorod vilayət prokurorunun adına ərizə yazsalar da, ərizə qəbul olunmayıb. Həmin gün Nijeqorodda daha bir azərbaycanlı skinxedlər tərəfindən döyülüb. 20-yə yaxın skinxedin hücumuna məruz qalan azərbaycanlı ağır bədən xəsarətləri ilə şəhər xəstəxanasına yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR