Bank Of Baku

Nardaranda narkomanlar tövbə etdirilir

Nardaranda narkomanlar tövbə etdirilir
# 12 fevral 2007 10:27 (UTC +04:00)
Nardaranda narkomaniya ilə mübarizə kampaniyası başlanıb və kənd məscidində hər cümə günü bir neçə gənc tövbə edir. Bu barədə APA-ya Nardaran qəsəbə sakini Hacı Fəyyaz Nəbizadə məlumat verib. Onun sözlərinə görə, dörd cümədir kənd ağsaqqallarının təşəbbüsü ilə Nardaran məscidində tövbə mərasimləri keçirilir və narkomaniyaya qurşanmış kənd sakinləri tövbə edirlər. F. Nəbizadə artıq 10 nəfər gəncin tövbə etdiyini deyib: “Bu kampaniya davamlı olacaq və kənd sakinləri arasında narkoman qalmayacaq”. F. Nəbizadə bu kampaniyanın digər kəndlərdə də başlanmasının zəruriliyini vurğulayıb: “Hər kənddə ağsaqqalların təşəbbüsü ilə mübarizəyə başlansa, ölkədə narkomanların sayı azalar və bəladan qurtararıq. Belə olan təqdirdə dövlətin müdaxiləsinə ehtiyac qalmaz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR