Bank Of Baku

Fərhad Əliyevlə əlaqədə təqsirləndirilərək həbs edildiyi bildirilən “Kapital Bank”ın Biləsuvar rayon filialının sədri azadlığa buraxılıb

Fərhad Əliyevlə əlaqədə təqsirləndirilərək həbs edildiyi bildirilən “Kapital Bank”ın Biləsuvar rayon filialının sədri azadlığa buraxılıb
# 12 fevral 2007 10:28 (UTC +04:00)
Qeyd edək ki, 2005-ci ilin dekabrında Biləsuvar rayon Dövlət Sosial Müdafiə Fondunun sədri, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın qohumu Vasif Kazımov həbs olunarkən onun evində aparılan axtarış zamanı aşkarlanan bəzi sənədlərlə əlaqədar “Kapital Bankın”ın Biləsuvar rayon filialının sədri G. Nağıyev də həbs olunmuşdu. Sonradan V. Kazımov 5 il müddətində azadlıqdan məhrum edilsə də, G. Nağıyev azadlığa buraxılıb. Lakin G. Nağıyev APA-ya açıqlamasında həbsinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin işi üzrə aparılan istintaqla bağlılığı barədə məlumatı təkzib edib: “Bu barədə yayılan məlumatlar əsassızdır”. G. Nağıyev bildirib ki, onun barəsində Respublika Baş Prokurorluğunda dövlət əmlakını mənimsəmə maddəsi ilə başlamış cinayət işinə xitam verilib. G. Nağıyev deyib ki, təxminən 1 il müddətində aparılan ibtidai istintaq nəticəsində təqsirsizliyi sübuta yetirilib: “Təxminən bir il Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanmışam. Sonda istintaq günahsız olduğum qənaətinə gəldi və azadlığa buraxıldım”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR