Bank Of Baku

Dünya Bankının təhsil missiyasının Azərbaycana səfəri başlayıb

Dünya Bankının təhsil missiyasının Azərbaycana səfəri başlayıb
# 12 fevral 2007 10:29 (UTC +04:00)
Dünya Bankının 6 nəfərdən ibarət təhsil missiyasının Azərbaycana səfəri başlayıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, fevralın 15-dək davam edəcək səfər Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış kredit sazişinə uyğun olaraq həyata keçirilən “Təhsil sektorunun inkişafı” layihəsi çərçivəsində gerçəkləşir. Səfər müddətində ekspertlər Nazirlər Kabinetinin bu yaxınlarda təsdiqlədiyi “Ümumi təhsilin konsepsiyası”na (Milli Kurrikulum) uyğun fənn kurrikulumlarının hazırlanmasının vəziyyəti ilə tanış olacaqlar. Artıq bununla bağlı Təhsil Nazirliyində ilk görüş keçirilib. Sabah isə ekspertlərin iştirakı ilə mövzu üzrə seminar keçiriləcək.
Qeyd edək ki, təhsilə tam yeni yanaşmanı nəzərdə tutan kurrikulum 2007-2008-ci tədris ilindən Bakının 21 məktəbində, 2008-2009-cu tədris ilindən isə bütün respublikada tətbiq ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR