Bank Of Baku

Gəncədə UNİSEF-in təşkilatçılığı ilə iki günlük seminar keçirilir

Gəncədə UNİSEF-in təşkilatçılığı ilə iki günlük seminar keçirilir
# 12 fevral 2007 11:01 (UTC +04:00)
Gəncədə UNİCEF-in təşkilatçılığı ilə “Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə (de-institulizasiya) doğru: müzakirələr, müsbət təcrübələr və gələcək üçün vasitələr” mövzusunda iki günlük regional seminar keçirilir. İtaliyadan gəlmiş ekspertlərin iştirak etdiyi seminarda Gəncə və Qərb bölgəsində yerləşən 11 rayonun icra başçılarının müavinləri, hər bir rayonun yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komisiyasının üzvləri və digər məsul şəxslər iştirak edir. Bu gün səhər saatlarında başlanan seminarı giriş sözü ilə UNİCEF-nin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üzrə proqramının rəhbəri Dilarə Babayeva açıb. EducAid-İtaliya təşkilatının seminarda iştirak edən eksperti Danieli Kitti çıxışında uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsi prosesinə kömək eləmək üzrə UNİCEF və EducAid-İtaliya təşkilatının birgə layihəsi olan “Hal-hazırda mövcud olan təcrübələrin üzə çıxartmaq və uşaqların rifahı sistemində əsas iştirakçıların müəyyən edilməsi və onların haqqında məlumatın yayılması” mövzusunda danışıb. Günün ikinci yarısında seminar təşkilatçıları iştirakçılarla birgə uşaq müəssisələrində fokus qrup müzakirələr aparacaq.
İki gün davam edəcək seminar zamanı “İcmalarda göstərilən himayə və uşaqların müdafiəsi: yeni perspektivlər”, “İcmalarda göstərilən himayə: Azərbaycan sistemində yeni bir istiqamətdə planlaşdırma”, “Cəmiyyət himayəsinin prinsiplərinin iş qruplarında və qeyri məhdud sessiyada təsir və məsləhətlərin qeyd olunması kimi ifadə edilməsi”, “İş qrupları (fasiliator olaraq treyner ilə) müəssisəyə düşmənin qarşısının alınması strategiyası ilə bağlı olaraq, Bakı zonasında aparılacaq yeni pilot təşəbbüslərinin müəyyən edilməsi” və digər mövzularda müzakirələr aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR