Bank Of Baku

Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransı keçirib

Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransı keçirib
# 12 fevral 2007 11:01 (UTC +04:00)
APA-nın məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, ötən il Ali Məhkəmədə kasasiya qaydasında 3906 işə baxılıb. Onlardan 2754-nə mülki işlər üzrə, 395-nə iqtisadi mübahisələrə dair işlər üzrə, 601-nə cinayət işləri üzrə, 109-na isə hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyalarında baxılıb. Bu da ümumilikdə 2005-ci ildə baxılmış işlərlə müqayisədə 153 iş (3,7 %) azdır. 2754 mülki işdən 1920-si üzrə məhkəmə aktları dəyişdirilmədən saxlanılıb, 783 iş üzrə məhkəmə aktları ləğv edilib, 50 iş üzrə icraata xitam verilib, 1 iş üzrə məhkəmə aktı dəyişdirilib. İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında baxılan 395 işdən 340-ı üzrə məhkəmə aktları qüvvədə saxlanılıb, 51-i üzrə ləğv edilib, 3 iş üzrə icraata xitam verilib. 624 nəfər haqqında 601 iş üzrə məhkəmə aktlarından 474 nəfər haqqında akt qüvvədə saxlanılıb, 69 nəfər haqqında akt ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılıb, 29 nəfər haqqında işin kasasiya icraatına xitam verilib, 51 nəfər haqqında məhkəmə aktları dəyişdirilib. Hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasında 132 nəfər haqqında 109 işdən 97 nəfər haqqında məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 21 nəfər haqqında məhkəmə aktı ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılıb, 10 nəfər haqqında məhkəmə aktı dəyişdirilib, 4 nəfər haqqında kasasiya icraatına xitam verilib. Ötən il əsassız qərarlar qəbul edən və vətəndaşların narazılıqlarına səbəb olan hərəkətlərə yol vermiş hakimlər haqqında 30 xüsusi qərardad çıxarılıb.
Keçən il Ali Məhkəmənin strukturunda edilən dəyişikliklərdən sonra beynəlxalq əlaqələr, hüquq və informasiya təminatı, analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbələri yaradılıb, dəftərxana sektoru və vətəndaşların qəbulu şöbəsi birləşdirilərək onların bazasında vətəndaşların qəbulu, müraciətlərin qeydiyyatı və baxılması şöbəsi təşkil olunub. Ali Məhkəmə aparatının dövlət qulluqçularının sayı 87-dən 104-ə çatdırılıb. Ali Məhkəməyə əlavə olaraq 11 hakim ştatının verilməsi ilə əlaqədar aparat işçilərin sayı 17 ştat vahidi artırılaraq 121 nəfər olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR