Bank Of Baku

Macar yazarı İmre Adoryananın Xocalı faciəsinə həsr olunmuş məqaləsi Budapeştdə press-reliz şəklində yayılacaq

Macar yazarı İmre Adoryananın  Xocalı faciəsinə həsr olunmuş məqaləsi Budapeştdə press-reliz şəklində yayılacaq
# 12 fevral 2007 11:03 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyi fevralın 24-də Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş tədbir keçirəcək. Səfirliyin əməkdaşı Nigar Əfəndiyevanın APA-ya verdiyi məlumata görə, tədbirə Macarıstan ictimaiyyətinin nümayəndələri, Xarici İşlər Nazirliyinin əməkdaşları, xarici diplomatlar dəvət olunacaq. Tədbirdə Xocalı soyqırımı haqqında həqiqətlər açıqlanacaq, film və fotosərgi nümayiş olunacaq. Macar yazarı İmre Adoryananın Xocalı faciəsinə həsr olunmuş və macar və türk dillərində nəşr olunan “Köprü” jurnalının 8 nömrəsində çap olunmuş “Biliyormusunuz...” məqaləsinin macar dili variantı press-reliz şəklində tədbir iştirakçılarına paylanacaq. N. Əfəndiyevanın sözlərinə görə, İ.Adoryana keçən il Azərbaycanda olub, Qarabağ münaqişəsi ilə bağlı materiallar əldə edib, qayıtdıqdan sonra həmin yazını dərc etdirib. Bu yazar “Dədə Qorqud” dastanını macar dilinə tərcümə edib. O, hazırda “Koroğlu” dastanının macar dilinə tərcüməsi ilə məşğuldur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR