Bank Of Baku

Fərəməz Novruzoğlunun səhhətində problemlər yaranıb

Fərəməz Novruzoğlunun səhhətində problemlər yaranıb
# 12 fevral 2007 11:03 (UTC +04:00)
“Nota-bene” qəzetinin əməkdaşı, barəsində 2 il azadlıqdan məhrum etmə cəzası kəsilən Fərəməz Novruzoğlunun səhhətində ciddi problemlər yaranıb. Bu barədə APA-ya “Nota-bene” qəzetinin təsisçisi İlham Tumas məlumat verib. Onun sözlərinə görə, Şüvəlandakı 3 salı istintaq təcridxanasında saxlanılan F. Novruzoğlu həbs olunmamışdan on beş gün əvvəl cərrahiyə əməliyyatı keçirib və ona ambulator müayinədə saxlanılması ilə bağlı arayış verilib. İ. Tumas deyib ki, həbs olunan F. Novruzoğlunun yarası qanaxma verib. “Onun həyatı təhlükə qarşısındadır. Bu həftə ərzində F. Novruzoğlu haqqında həbs qərarından apellyasiya şikayəti veriləcək. Bundan başqa, məsələ ilə bağlı Mətbuat Şurası və Ombudsmana da müraciət olunacaq”.
Qeyd edək ki, “Nota-bene” qəzetinin əməkdaşı F.Novruzoğlu daxili işlər naziri Ramil Usubov və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiası əsasında bu il yanvarın 30-da Nərimanov rayon Məhkəməsi tərəfindən 2 il müddətində azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR