Bank Of Baku

Ötən il Ali Məhkəmənin Plenumunda 47 qərar çıxarılıb

Ötən il Ali Məhkəmənin Plenumunda 47 qərar çıxarılıb
# 12 fevral 2007 11:08 (UTC +04:00)
Ötən il Ali Məhkəmə Plenumunun 6 iclası keçirilib. APA-nın xəbərinə görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Plenumda 47 qərar çıxarılıb, Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən düşmüş hesab edilənlər də daxil olmaqla Ali Məhkəmənin 38 qərarı ləğv olunub. Ötən il Konstitusiya Məhkəməsi tərəfindən Ali Məhkəmənin 9 qərarı qüvvədən düşmüş hesab edilib. Plenum tərəfindən Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrə əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Bundan başqa, Plenum “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərar qəbul edib. Hesabat dövründə Plenumun iclaslarında Ali Məhkəmə kollegiyalarının sədrlərinin, Yasamal, Əzizbəyov, Binəqədi, Səbayel, Xətai məhkəmələrinin sədrlərinin, Mingəçevir məhkəməsinin hakiminin hesabat məlumatları da dinlənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR