Bank Of Baku

Sabiq səhiyyə naziri Əli İnsanovun Moskvada kitabı çıxıb

Sabiq səhiyyə naziri Əli İnsanovun Moskvada kitabı çıxıb
# 12 fevral 2007 11:35 (UTC +04:00)
Sabiq səhiyyə naziri Əli İnsanovun vərəm dərslik kitabının 2-ci nəşri bu günlərdə Moskvada çapdan çıxıb. Bu barədə APA-ya məlumat verən sabiq nazirin vəkili Toğrul Babayev bildirib ki, rus dilində işıq üzü görən nəşr 714 səhifədən ibarətdir. Kitabın 1-ci nəşri 2004-cü ilin martında Almaniyanın Frankfurt, 2005-ci ilin oktyabrında, sabiq nazirin həbsindən 3 gün əvvəl isə İspaniyanın Madrid şəhərlərində Avropanın iki nüfuzlu mükafatına layiq görülüb. Hazırda bu kitabdan Avropanın ali tibb məktəblərində dərslik kimi tədris olunur.
Qeyd edək ki, Ə. İnsanov, Səhiyyə Nazirliyinin əczaçılıq və tibbi texnika şöbəsinin sabiq müdiri Akif Məhərrəmov və nazirliyin beynəlxalq əlaqələr şöbəsinin sabiq müdiri Aleksandr Umnyaşkin və daha bir neçə nəfərin işi üzrə məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə fevralın 15-də başlayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR