Bank Of Baku

UNİSEF təmsilçisi Radoslaf Rzenak: “İnstitulizasiya sahəsində qanunvericiliyin hazırlanmasında Azərbaycana yardım göstərəcəyik”

UNİSEF təmsilçisi Radoslaf Rzenak: “İnstitulizasiya sahəsində qanunvericiliyin hazırlanmasında  Azərbaycana yardım göstərəcəyik”
# 12 fevral 2007 11:41 (UTC +04:00)
“Prezident İlham Əliyev institulizasiya haqqında proqramın həyata keçirilməsi üzrə sərəncam imzalayıb, bizim də məqsədimiz bu proqramın həyata keçirilməsinə dəstək verməkdir”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Gəncədə keçirilən seminarın iştirakçısı, UNİCEF-in Azərbaycanda Uşaqların Müdafiəsi proqramının rəhbəri Radoslaf Rzenak verib. O, institulizasiyanın Azərbaycan üçün yeni sahə olduğunu deyib. “Bu yeni bir sahədir, bizim əsas məqsədimiz ondan ibarətdir ki, beynəlxalq təcrübəni öyrənək və burada bu beynəlxalq təcrübəni yayaq. Buna görə də biz ən yeni beynəlxalq təcrübəyə malik olan italyan ekspertlərini bura dəvət etmişik ki, onlar öz təcrübələrini Azərbaycanla bölüşdürsünlər. Eyni zamanda biz hal-hazırda milli səviyyədə yeni sahə olan institulizasiya sahəsində qanunvericiliyin hazırlanmasında və lazım olan müəyyən sənədlərin hazırlanmasında köməklik göstərəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR