Bank Of Baku

Beynəlxalq Böhran Qrupunun nümayəndələri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşlər keçirib

Beynəlxalq Böhran Qrupunun nümayəndələri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşlər keçirib
# 12 fevral 2007 11:43 (UTC +04:00)
Beynəlxalq Böhran Qrupunun (BBQ) və Gürcüstanın bir neçə qeyri-hökumət təşkilatının nümayəndələri Marneuli rayonunda, Sadaxlı qəsəbəsində və Dəmyə Gölarxı kəndində BBQ-nin “Gürcüstanda Azərbaycan və erməni milli azlıqları” adlı hesabatı ilə bağlı görüşlər keçiriblər. BBQ-nin Bakıdakı nümayəndəsi Vüqar Qocayevin APA-ya verdiyi məlumata görə, görüşlərdə bildirilib ki, hazırda azərbaycanlıları narahat edən yeni bir problem yaranıb bu məktəb direktorlarının gürcü dilindən imtahan verməsidir. Belə ki, gürcü dilini yaxşı bilməyən direktorlar vəzifəsindən kənarlaşdırılacaq. Görüş iştirakçıları direktorların imtahandan keçə bilməyəcəklərindən narahatlıq ifadə ediblər və bunu diskriminasiya kimi dəyərləndiriblər. Azərbaycan Mədəniyyət Mərkəzində də görüş keçirilib. V. Qocayevin sözlərinə görə, mərkəz kitabxana ilə təchiz olunub, gürcü dilini öyrənmək üçün kurslar açılıb, Heydər Əliyev Fondunun xətti ilə kompüterlərlə təchiz olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR