Bank Of Baku

APA-nın üç yeni agentliyi fəaliyyətə başlayıb

APA-nın üç yeni agentliyi fəaliyyətə başlayıb
# 12 fevral 2007 11:56 (UTC +04:00)
APA-Economics” və “APA-Sport” agentlikləri Azərbaycan, rus və ingilis dillərində “on-line” sistemi ilə işləyir.
APA-Photo” isə bu sahədə Azərbaycanda tətbiq olunan ilk layihədir. Agentlikdə istənilən foto üçün hər üç dildə axtarış sistemi var. İstənilən fotonu əldə etmək üçün redaksiya ilə e-mail və ya telefon vasitəsilə əlaqə saxlamaq mümkündür.
APA-Economics” agentliyi də hər üç dildə “on-line” iqtisadi xəbərləri, analitik təhlilləri, həftənin iqtisadi icmallarını, gündəlik valyuta məzənnələrini və s. önəmli iqtisadi mövzuları əhatə edəcək. Agentliyin artıq “APA-Telecommunication”, “APA-Finance”, “APA-Energy” məhsulları, həmçinin, aylıq iqtisadi təhlillər, müxtəlif iqtisadi sahələri əhatə edən araşdırmalar abunəçilərə çatdırılır.
APA-Sport” Agentliyi də bu sahədə üç dildə “on-line” sistemində fəaliyyət göstərən ilk layihədir. Agentlik Azərbaycanın və dünyanın tanınmış idmançılarından eksklüziv müsahibələr, dünya və Azərbaycan idmanında baş verən yeniliklər, tanınmış komandalar və klublar barədə məlumatlar yayır. Ən qısa zamanda isə artıq bu agentliyin də portalı yaradılacaq.
Bu gündən APA-nın əsas saytı da yeni dizaynda təqdim olunur. Agentliyin bütün saytlarında ən qısa zamanda kredit-kart sistemi tətbiq olunacaq. Bu isə istənilən kredit kart sahibinə agentliyin xəbərlərini və fotoları redaksiya ilə əlaqə saxlamadan dərhal əldə etmək imkanı yaradacaq. Yeni saytda avtomatlaşdırılmış “on-line” sistemi fəaliyyət göstərəcək. APA-nın yeni saytında xəbəri “Flash xəbərlər” bölümündə həmin an oxumaq olar. Saytda əməkdaşların hadisə yerindən birbaşa sayta məlumat yazmaq imkanları da tətbiq olunub. APA daha bir neçə layihəsini bu yaxınlarda təqdim edəcək.

Ən yeni, operativ və tərəfsiz xəbərləri bizimlə izləyin! Dünya boyda xəbər daşıyırıq!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR