Bank Of Baku

Misir Mərdanov ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivordu qəbul edib

Misir Mərdanov ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivordu qəbul edib
# 12 fevral 2007 12:11 (UTC +04:00)
Bu gün təhsil naziri Misir Mərdanov ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Robin Sivordu qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R.Sivord ATƏT-in “Yaşıl paket” adlı proqramını orta məktəblərdə tətbiq etmək niyyətində olduqlarını bildirib. Həmin proqramda 10-12 yaşlı şagirdlərin ətraf mühitlə bağlı maarifləndirilməsi nəzərdə tutulub. ATƏT üzvü olan digər ölkələrdə də təcrübədən keçirilən yeni proqramda təkcə şagirdlərin yox, valideynlərin də iştirakı nəzərdə tutulub. Valideynlərin 10-12 yaşlı uşaqlara təbiəti qorumaq və ətraf mühitə rəğbət hissi ilə yanaşmaqda dəstək göstərməlidirlər. R.Sivord bu məqsədlə Bakı şəhərindən və ölkənin bir bölgəsindən iki məktəbin seçilməsini və proqramın bu məktəblərdə tətbiqinin nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, proqram iştirakçısı olan müəllimlər əvvəlcədən maarifləndiriləcək və yeni layihə barədə onlara ətraflı məlumat veriləcək. M.Mərdanov isə bildirib ki, hazırda orta məktəblərdə ekologiya üzrə tədris işi aparılır. Nazir həmçinin pilot layihənin digər dövlət proqramları çərçivəsində həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR