Bank Of Baku

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib
# 12 fevral 2007 12:44 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ-dan APA-ya verilən məlumata görə, qurum sədrinin müavini Qulu Məhərrəmlinin sədrlik etdiyi toplantıda daxil olan müraciətlərdən yeddisi araşdırılaraq müvafiq rəylər çıxarılıb. İclasda əvvəlcə Xəzər Dəniz Gəmiçiliyinin “Fakt” qəzetində dərc olunmuş “Talan siyasəti” yazısı ilə bağlı şikayəti müzakirə edilib və bu qənaətə gəlinib ki, məqalədə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” və “KİV haqqında” qanunun tələbləri pozulub. Toplantıda eyni qurumun “24 saat” qəzetində dərc olunmuş “Aydın Bəşirov yola salınır” məqaləsindən şikayətinə də baxılıb. Araşdırma zamanı məqalənin faktlar deyil, şayiələr əsasında yazıldığı müəyyənləşdirilib. Sonda komissiya 80 redaktorun və jurnalistin “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın “Yeni Çağ” qəzetinin son saylarında dərc olunmuş bir sıra yazılarda “Borçalı” qəzetinin baş redaktoru Azadə Talehin və T. Abbasın şərəf və ləyaqətinin ifrat ifadələrlə təhqiri ilə bağlı şikayətlərinə baxıb. Komissiya həmin yazılarda adıçəkilən şəxslərin həqiqətən şəxsiyyətlərinin alçaldıldığı, tənqidin yol verilməyən hədlərinə geniş yer verildiyi qənaətinə gəlib. “Yeni Çağ” qəzetindən edilən şikayət də müzakirə olunub və müvafiq rəy verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR