Bank Of Baku

Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini dəyərlər və media” mövzusunda birgə seminar keçirəcək

Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini dəyərlər və media” mövzusunda birgə seminar keçirəcək
# 12 fevral 2007 12:52 (UTC +04:00)
Fevralın 21-də Azərbaycan Mətbuat Şurası (MŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini dəyərlər və media” mövzusunda birgə seminar keçirəcək. Bu barədə APA-ya MŞ-dan məlumat verilib. Qurumdan bildirilib ki, bu tədbir hər iki qurumun dini mövzuda yazan jurnalistlərin ixtisaslaşmaları, məlumat dairələrinin genişlənməsi sahəsində başlanan əməkdaşlığının davamıdır. Ötən ay keçirilən birgə konfransda bu məqsədlə silsilə tədbirlərin təşkili, mövzu ilə bağlı aktual məsələlərin müzakirəsi qərara alınıb. Müzakirələr zamanı ilk növbədə müxtəlif KİV-lərdə çalışan və dini mövzuda yazan jurnalistlərin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub. Nəzərdə tutulan tədbirə də məhz bu jurnalistlər qatılacaq. Seminarlarda tanınmış din xadimləri, alimlər, ekspertlər jurnalistlər qarşısında çıxış edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR