Bank Of Baku

Marşrut sahibini öldürən sürücünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Marşrut sahibini öldürən sürücünün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
# 12 fevral 2007 13:08 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mansur İbayevin sədrliyi ilə “Fidan” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Vilayət Mərdəliyevi qətlə yetirən 57 saylı marşrut avtobusun sürücüsü Rüfət Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, ittiham aktında göstərilib ki, “Fidan” MMC-nin 57 saylı marşrutun sürücüsü kimi fəaliyyət göstərən R. Məmmədov cəmiyyətin digər sürücüləri ilə birlikdə ötən il iyunun 5-də cəmiyyətin təsisçisi Vilayət Mərdəliyevin yanına gedərək, şəhərdə avtomobil körpülərinin tikilməsi ilə bağlı yaranan tıxaclarla əlaqədar ödəyəcəkləri gündəlik pulun məbləğinin aşağı salınmasını tələb ediblər, əks halda, tətil edəcəklərini bildiriblər. V. Mərdəliyev isə onlara bildirib ki, işə çıxmaqdan boyun qaçıran və cəmiyyətin sərnişindaşıma fəaliyyətini pozan sürücülər işdən kənarlaşdırılacaq. Bundan əsəbiləşən R. Məmmədov onun qarşısını kəsərək bıçaqla qətlə yetirib. R. Məmmədov Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddəsi ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb. Məhkəmə baxışı fevralın 14-nə təyin olunub. Həmin gün təqsirləndirilən şəxs R. Məmmədov sərbəst ifadə verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR