Bank Of Baku

Səfir İon Robu: “Moldovanın baş naziri Vasile Tarlevunun Bakıya səfəri çərçivəsində yeddi sənəd imzalanacaq”

Səfir İon Robu: “Moldovanın baş naziri Vasile Tarlevunun Bakıya səfəri çərçivəsində yeddi sənəd imzalanacaq”
# 12 fevral 2007 13:24 (UTC +04:00)
Fevralın 22-də Moldovanın baş naziri Vasile Tarlevu Bakıya səfər edəcək. Səfərin məqsədi Azərbaycan-Moldova hökumətlərarası iqtisadi komissiyasının növbəti toplantısında iştirak etməkdir. Vasile Tarlevunu səfərdə hökumətlərarası iqtisadi komissiyanın üzvü olan nazir və nazir müavinləri, Moldovanın işgüzar dairələrinin təmsilçiləri müşayiət edəcək. Moldovanın Azərbaycandakı səfiri İon Robu APA-ya bildirib ki, səfər zamanı 7 sənədin imzalanacağı gözlənilir. Onlardan 4-ü hökumətlərarası sənəddir, nazirlik və idarələr arasında isə 3 sənədin imzalanması nəzərdə tutulur. Ümumilikdə komissiyanın iclasında “Geodeziya, kartoqrafiya, kadastr, geoinformasiya və torpağın distansion öyrənilməsi haqqında”, “Miqrasiya haqqında”, “İqtisadi və vergi qanunvericiliyinin pozulmasına qarşı mübarizə sahəsində informasiya mübadiləsi haqqında” və “Ətraf mühitin qorunması haqqında” əməkdaşlığa dair hökumətlərarası saziş imzalanacaq. İki ölkənin statistika qurumları, səhiyyə və maliyyə nazirlikləri arasında da əməkdaşlığa dair müvafiq sənədlər imzalanacaq. Hökumətlərarası iqtisadi komissiyanın 2-ci iclası başa çatdıqdan sonra Azərbaycan və Moldova biznesmenlərinin iştirakı ilə biznes-forumun keçiriləcəyi də planlaşdırılıb. Baş nazirin səfər proqramına rəsmi görüşlərlə yanaşı Azərbaycanda yaşayan moldovan diasporunun nümayəndələri və Azərbaycan-Moldova Mədəni Əlaqələr Birliyinin üzvləri ilə görüş daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR