Bank Of Baku

Seksual xarakterli zorakılıq hərəkətlərinə görə təqsirləndirilən şəxsin məhkəməsi başlayacaq

Seksual xarakterli zorakılıq hərəkətlərinə görə təqsirləndirilən şəxsin məhkəməsi başlayacaq
# 12 fevral 2007 13:26 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İmaməli Əsgərovun sədrliyi ilə seksual xarakterli zorakılıq hərəkətlərinə görə təqsirləndirilən, yetkinlik yaşına çatmamış Samir Mehbalıyevin məhkəməsi başlayacaq. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına əsasən hadisə 2006-cı il oktyabrın 18-də Saatlı rayonunun Musalı kəndində baş verib. 1989-cu il təvəllüdlü S. Mehbalıyev cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə həmkəndlisi, 14 yaşı tamam olmamış Faiq Bağırovu (ad və soyadı şərtidir) öldürməklə hədələyərək onunla cinsi əlaqədə olub. S. Mehbalıyev Cinayət Məcəlləsinin 150.3.3-cü ( təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə ittiham irəli sürülüb. Proses qapalı məhkəmə iclasında davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR