Bank Of Baku

Bir qrup hüquq müdafiəçisi sabiq polis rəisi Müşfiq Mədətovun işi ilə bağlı Ali Məhkəmənin sədrinə müraciət edib

Bir qrup hüquq müdafiəçisi sabiq polis rəisi Müşfiq Mədətovun işi ilə bağlı Ali Məhkəmənin sədrinə müraciət edib
# 12 fevral 2007 13:33 (UTC +04:00)
Bir qrup hüquq müdafiəçisi Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətovun kasasiya şikayətinin nəzarətə götürülməsi ilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Bu barədə APA-ya Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə məlumat verib. Ç. Qənizadə bildirib ki, M. Mədətovun ailəsi, vəkilləri onun barəsində ədalətli qərar çıxarılmasına köməklik göstərilməsi üçün hüquq müdafiəçilərinə müraciət ünvanlayıblar: “İş üzrə zərərçəkmişlər də Müşfiq Mədətovun günahsız olduğunu deyirlər. Məhkəmə prosesi hüquq müdafiəçiləri tərəfindən nəzarətə götürüləcək. Ədalətli qərar çıxarılmasa, Avropa Məhkəməsinə müraciət olunacaq”.
Qeyd edək ki, fevralın 13-də Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə M. Mədətov barəsində hökmdən verilən kasasiya şikayəti üzrə proses keçiriləcək. “Lotu Quli”nin başçılıq etdiyi dəstənin üzvü olan M. Mədətov cəzaçəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR