Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatının yaradılmasının ikinci ildönümü ilə bağlı tədbir keçirilib

“Dalğa” Gənclər Hərəkatının yaradılmasının ikinci ildönümü ilə bağlı tədbir keçirilib
# 12 fevral 2007 13:50 (UTC +04:00)
“Dalğa” Gənclər Hərəkatının təsis olunmasının ikinci ildönümünə həsr edilən mərasim keçirilib. APA-nın məlumatına görə, hərəkatın sədr müavini Turanə Rəsulova qurumun fəaliyyəti haqda danışıb. O, hərəkatın digər gənclər təşkilatlarından müasirliyi ilə fərqləndiyini deyib. Demokratik İslahatlar Partiyası Gənclər Birliyinin sədri Ramin Hacılı bildirib ki, onlar hərəkatın prinsiplərini tətbiq etməyə qismən nail olublar və bu yolda dəfələrlə təzyiqlərlə üzləşiblər. Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycanın hazırkı vəziyyətində gənclərin üzərinə böyük düşdüyünü xatırladıb: “Fəaliyyət göstərən hər bir gənclər təşkilatının ümdə vəzifəsi Azərbaycanın mənəvi və tarixi problemlərini həll etmək olmalıdır”. Milli Məclisin deputatı Asim Mollazadə hərəkatın ideologiyasının təqdirəlayiq olduğunu və bu fəaliyyətlərində gənclərə dəstək verməyə hazır olduqlarını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR